"OTK" MMC istifadəçiyə bu sənəddə göstərilən qaydalar və şərtlər əsasında xidmətlərin göstərilməsini təqdim edir.
Portalın xidmətlərindən istifadə bu Qaydalar və Məxfilik Siyasəti ilə tənzimlənir. Portaldan istifadə şərtləri administrasiya tərəfindən istifadəçilərə xəbərdarlıq edilmədən dəyişdirilə və əlavə edilə bilər və sənəd şirkətin rəsmi saytında yerləşdirildiyi andan qüvvəyə minir.
Portalda qeydiyyatdan keçməklə və ya portaldan hər hansı şəkildə istifadə etməklə siz bu Şərtlərlə (sizin adınızdan və ya təmsil etdiyiniz şəxsin adından) razılaşırsınız və qəbul edirsiniz. Bu Şərtlərin müddəaları siz Xidmətdən və ya Xidmətimiz vasitəsilə əldə edilmiş hər hansı digər məlumatdan istifadə etdiyiniz müddətdə qüvvədə qalacaq. Xidmətdə qeydiyyatdan keçməklə və ya Xidmətdən hər hansı şəkildə istifadə etməklə siz bu Şərtləri (sizin adınızdan və ya təmsil etdiyiniz qurumun adından) qəbul etmək hüququnuz, səlahiyyətiniz və qabiliyyətiniz olduğunu bildirir və təmin edirsiniz. Siz bu sənədə razılığınızı bildirməklə yetkinlik yaşına çatdığınızı və ya yetkinlik yaşına çatmamışsınızsa, sizin adınıza bu razılaşmanı təsdiq etmək üçün valideynin və ya qəyyumun razılığını aldığınızı bəyan edirsiniz. Təşkilat və ya digər hüquqi şəxs adından bu Şərtləri qəbul etməklə siz bunu etmək üçün lazımi səlahiyyətə malik olduğunuzu qeyd edir və təmin edirsiniz. Bu Qaydaların müddəaları ilə (tam və ya qismən) razı deyilsinizsə, portal rəhbərliyi sizə saytın xidmətlərindən istifadədə imtina etmək hüququna malikdir.
İstifadəçilər portalda aşağıdakı xidmətlərdən istifadə edə bilər:
Şəxsi kabinet dedikdə istifadəçinin portalda yaratdığı hesab nəzərdə tutulur. Portalın əsas səhifəsində Qeydiyyat bölməsini doldurmaqla şəxsi kabinet yaratmaq mümkündür.
Qeydiyyat zamanı istifadəçi xüsusi formaya şəxsi məlumatları (ad, soyad, ata adı, e-mail, mobil nömrə) və şifrə daxil etməklə şəxsi kabinet yaradır. İstifadəçilərə şəxsi kabinetin e-mail və şifrəsini üçüncü şəxslərə vermək qadağandır. Bundan əlavə istifadəçi şəxsi kabinetə daxil olmaq üçün e-mail və şifrənin təhlükəsizliyinə cavabdehdir.
Portal əməkdaşları istifadəçi ilə əlaqə yaratmaq üçün portala daxil edilən məlumatlarlardan istifadə edə bilər.
İstifadəçi qeydiyyatdan keçərkən etibarlı məlumatları təqdim etməyi öhdəsinə götürür, etibarsız əlaqə məlumatları təqdim edən istifadəçilər portalın xidmətlərindən istifadə hüququndan məhrum ediləcəklər. Portal əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının etibarlılığını müəyyən etmək üçün onun təsdiqini tələb etmək hüququna malikdirlər.
Diqqət! Portalda hər bir e-mail və mobil nömrə yalnız 1 dəfə qeydiyyatdan keçirilə bilər.
Portaldakı ödənişli xidmətlərdən istifadə etmək üçün e-mail və şifrə ilə şəxsi kabinetinizə daxil olub, portaldakı balansınıza ödəniş etməlisiniz. Daha sonra bu balansdan istifadə edərək sınaq imtahanlarına və ya digər xidmətlərə yazıla bilərsiniz. Portaldakı balansınızı aşağıdakı vasitələrdən biri ilə artıra bilərsiniz:
Xidmətə və ya onlayn sınağa yazılmaq üçün saytdakı balansınızda vəsait olmalıdır. Hər bir xidmətin və ya sınağın altında qiymət qeyd olunub. Portaldakı ödənişli xidmətlərdən istifadə etmək üçün e-mail və şifrə ilə şəxsi kabinetinizə daxil olmalısınız. Daha sonra saytdakı balansdan istifadə edərək sınaq imtahanlarına və ya digər xidmətlərə yazıla bilərsiniz. Xidmətlərə yazılarkən xidmətin qiyməti saytdakı balansınızdan çıxılır və həmin xidmətin adı Yazıldığım xidmətlər menyusuna düşür. Aldığınız xidmətdən istifadə etmək üçün Yazıldığım xidmətlər menyusuna keçərək xidmətin və ya onlayn sınağın adı üzərində vurmaq lazımdır. Xidmət və ya sınaq imtahanı barədə məlumat saytda qeyd olunub.
Portalda eyni xidmətə (imtahana) 2 və daha artıq dəfə yazılmaq mümkündür. Bu, istifadəçiyə eyni bir imtahanı müxtəlif vaxtlarda verib nəticələrini müqayisə etməyə imkan verir. Bundan əlavə 1 istifadəçi öz hesabı ilə eyni imtahana 2 dəfə yazıla bilər. Həmin imtahanları eyni hesabdan istifadə etməklə 2 müxtəlif şəxs imtahan verə bilər.
Diqqət! Portalda hər bir imtahana 1 cəhd verilir.
İstifadəçi öhdəlik götürür:
Siz bəyan və təsdiq edirsiniz ki, portaldan istifadə qaydalarına əməl edəcək, müəlliflərin əməyinə və müəlliflik hüququna hörmətlə yanaşacaqsınız. Portala aid materialları və ya hər hansı bir hissəsini portalın rəsmi yazılı icazəsi olmadan paylaşmayacaqsınız.
Portal öhdəlik götürür: